Mario Rubio kollektiv məşqlərə qoşuldu
03.12.2013 - 17:59
Sabah ölkə kubokunun 1/8 final mərhələsində “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Apasport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün oyunöncəsi son məşqini keçirib.
1,15 dəqiqə davam edən hazırlığın son bölümündə “narıncılar” və “göylər” olmaqla ikitərəfli oyun keçirilib. Yekunda “göylər” (1:0) üstün olub.
Qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Əfran İsmayılov yardımçı meydançada qaçıb. İspan Mario Rubio isə kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyev hazırlıqda iştirak etməyib. Əziz Quliyev və Vadim Abdullayev isə müalicəsini davam etdirir.

0
0