“Yuventus” Vidalla müqaviləni yenilədi
03.12.2013 - 20:18
“Yuventus” Vidalla müqaviləni yenilədi
Bu gün "Yuventus" ulduz futbolçusu Arturo Vidalla müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, 2016-cı ildə başa çatacaq 26 yaşlı yarımmüdafiəçinin müqaviləsi daha bir il uzadılıb.

Qeyd edək ki, çilili futbolçu 2011-ci ildə Almaniyanın “Bayer” (Leverkusen) klubundan “Yuventus”a transfer olunub.