Şahin Diniyev: Bunu bizim üçün təhlükə saymaq olar
03.12.2013 - 20:47
"Bizi qarşıda gərgin oyun gözləyir. Rəqib I divizion təmsilçisi olsa da, heyətlərində yetərincə təcrübəli futbolçu var”. Apasport.az-ın məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlamasında deyib.
Təcrübəli çalışdırıcı sabah Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində I divizion təmsilçisi "Qaradağ Lökbatan” ilə keçiriləcək oyunu dəyərləndirib: “Həm də divizion təmsilçiləri Premyer Liqa komandalarına qarşı oynayanda daha çox motivasiya olur. Bunu hardasa bizim üçün təhlükə saymaq olar. Bununla belə, heyətdə rotasiya ediləcək. Yəni bəzi futbolçulara istirahət verməyi də düşünürəm. Hər halda qarşıda bizi AZAL ilə daha çətin sınaq gözləyir. Həm kubokda, həm də çempionatda uğurlu nəticə göstərmək üçün rotasiyaya labüddür. Bununla həm də bəzi futbolçulara özlərini göstərmələri üçün şans yaratmış oluram. Qış fasiləsinə qədər 4 oyunumuz var. Elə sabahkı matçdan başlayaraq uğurlu çıxışa start vermək lazımdır. Mən komandama inanıram”.

0
0