DÇ-2014: Səbətlərin tərkibi müəyyənləşdi
04.12.2013 - 00:07
DÇ-2014: Səbətlərin tərkibi müəyyənləşdi
DÇ-2014-ün final mərhələsinin püşkatma mərasimi üçün səbətlərin təqribi tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliyada keçiriləcək Mundialın 32 iştirakçısı 4 səbətə bölünüb.

İştirakçılar aşağıdakı kimi bölünüb:

1-ci səbət: Braziliya, Argentina, İspaniya, Almaniya, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə

2-ci səbət: Əlcəzair, Kamerun, Fildişi Sahili, Qana, Nigeriya, Çili, Ekvador.

3-cü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, Meksika, ABŞ

4-cü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiy, Portuqaliya, Rusiya

Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.