Ronaldinyodan “Beşiktaş”ı məyus edəcək açıqlama
04.12.2013 - 04:13
Ronaldinyodan “Beşiktaş”ı məyus edəcək açıqlama
Braziliya təmsilçisi "Atletiko Mineyro"nun ulduz futbolçusu Ronaldinyo gələcək karyerası haqda maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 33 yaşlı yarımmüdafiəçi karyerasını hazırkı klubunda davam etdirmək istəyir.

Cari ilin sonunda müqaviləsi başa çatacaq Ronaldinyo rəhbərlikdən hələ ki yeni müqavilə ilə bağlı danışıqlar aparmadığını deyib: “Klub rəhbərliyi ilə hələ ki bu barədə danışıqlar aparmamışıq. Amma çox ehtimal ki, müqavilənin müddətini uzadacağıq. Gedişat onu göstər”.

Qeyd edək ki, yay transfer pəncərəsində futbolçu və klubu ilə anlaşa bilməyən Türkiyə təmsilçisi “Beşiktaş” qış fasiləsində təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.