Millimizin qapıçısını oynatmadı, istefaya getdi
04.12.2013 - 10:04
Millimizin qapıçısını oynatmadı, istefaya getdi
Usim Nduka ilə Andrey Popoviçin şərəfini qoruduğu “Tavşanlı Linyitspor”da baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor”a doğma azarkeşlər önündə məğlubiyyət (1:2) və komandanın sondan III pillədən qurtula bilməməsi Erol Tokla yolların qarşılıqlı şəkildə ayrılmasına səbəb olub.

Artıq yeni baş məşqçinin kim olacağı da bilinir. Bu, Mustafa Mətə Ərtəmdir. 2009-cu ildə “Çanakkale Dardanelspor”u I dəstəyə yüksəltmiş Ərtəm Mehmet Topal, Səlçuk İnan, Hasan Kabze və Fevzi Elmas kimi tanınmış futbolçuları yetişdirib.

Qeyd edək ki, Erol Tok “Tavşanlı Linyitspor”da çalışdığı müddətdə Ndukaya şans versə də, U-21-in qapıçısı Popoviçə çempionatda debüt etmək imkanı yaratmayıb. Tok “apasport”a verdiyi müsahibəsində bunu milliləşdirilmiş ukraynalının transferinin gələcəyə hesablandığını bildirib.