“Qalatasaray” Sneyderi “Mançester Yunayted”ə satır
04.12.2013 - 12:02
“Qalatasaray” Sneyderi “Mançester Yunayted”ə satır
“Qalatasaray” hollandiyalı futbolçu Uesli Sneyderlə yollarını ayırır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən mövsümün qış fasiləsində 7,5 milyon avro qarşılığında “İnter”dən transfer olunan futbolçu gözlənilənləri doğrultmadığı üçün belə qərar verilib.

29 yaşlı futbolçu “Kasımpaşa” ilə görüşdən əvvəl zədəsində ağrılar hiss etdiyi üçün gözlənilmədən İtaliyaya gedib və orda özünü baş məşqçisi Roberto Mançininin şəxsi həkiminə göstərib. Artıq Sneyderin yeni klubunun adı da təxmini olaraq bilinir. Bu, İngiltərə Premyer Liqasında uğursuz start götürən “Mançester Yunayted”dir. İngiltərə mətbuatında transfer qiymətinin 11 milyon funt-sterlinq olduğu bildirilsə də, “Qalatasaray” Sneyderi 9 milyon funta (təxminən 11 milyon avro) da satmağa razıdır.