Dünya çempionatının mükafat fondu artdı
04.12.2013 - 12:22
Futbol üzrə 2014-cü il dünya çempionatının mükafat fondu 140 milyon dollar artıb. Lent.az-ın məlumatına görə, bu barədə FİFA-nın baş katibi Jerom Valke açıqlama verib.
O, Braziliyada baş tutacaq Mundialda mükafat fondunun 560 milyon dollar təşkil edəcəyini bildirib.
Qeyd edək ki, Cənubi Afrika Respublikasında keçirilmiş 2010-cu il dünya çempionatında bu rəqəm 420 milyon dollar olub. Bu isə qarşıdakı Mundialda mükafat fondunun 30 faiz artırılacağı anlamına gəlir.

0
0