Türkiyə mediası “Neftçi” ilə “Neftçala”nı ayıra bilmədi
04.12.2013 - 12:24
Türkiyə mediası “Neftçi” ilə “Neftçala”nı ayıra bilmədi
Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın yeni baş məşqçisi kimi debüt edəcəyi oyun Türkiyə mətbuatında yanlış qələmə verilib. Lent.az-ın məlumatına görə, qardaş ölkənin aparıcı nəşrləri “ağ-yaşıllar”ın dekabrın 4-də Azərbaycan Kubokunun 1/8 final matçında Azərbaycan Premyer Liqasının lideri “Neftçi” ilə qarşılaşacağını yazıblar.

Halbuki həmin komanda I divizionda 12 turdan sonra 3-cü pillədə qərarlaşmış “Neftçala”dır.

Qeyd edək ki, “Xəzər Lənkəran” Mərkəzi Stadionunda keçiriləcək oyun saat 17:00-da başlanacaq.