Mundial üçün top - FOTO
04.12.2013 - 12:50
Mundial üçün top - FOTO
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının topu təqdim olunub. Apasport.az saytının məlumatına görə, rəsmi təqdimat mərasimi keçirilən top “Brazuka” adlanır.

Azarkeşlər arasındakı səsvermə ilə seçilən bu ad “Adidas”ın mundial üçün xüsusi hazırladığı toplara veriləcək. Ən maraqlısı isə odur ki, tədbirin keçirildiyi tarixdə - dekabrın 3-də Braziliyada anadan olan bütün uşaqlara həmin topun əsli hədiyyə olunacaq.

Qeyd edək ki, dünya çempionatının final mərhələsinin püşkatması dekabrın 6-da baş tutacaq.