“Neftçala” hətta Joze Mourinyonun klubuna qarşı da oynayar”
04.12.2013 - 13:04
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçala” klubunun baş məşqçisi Bəhram Şahquliyevin apasport.az saytına müsahibəsi
- Yəqin ki, karyeranızın ən vacib oyununuza çıxırsınız...
- Deyərdim ki, mənim üçün kubokdan vacib, ölkə çempionatıdır. Bu oyuna önəm vermədiyimizi desəm yalan olar. Bəli, bu da vacibdir. Ancaq digər qarşılaşmalar kimi, “Xəzər Lənkəran”la oyuna da ciddi yanaşırıq. Futbolçular meydana çıxıb, öz oyunlarını göstərəcək. Nə olacaq, Allah bilər.
- Sözlərinizdən belə başa düşmək olur ki, taleyinizlə barışmısınız, növbəti mərhələyə çıxmaq imkanınız çox azdır.
- Növbəti mərhələyə hansı komandanın çıxacağını yalnız Allah bilir. Ancaq real götürsək, şərait, maliyyə, heyət, lap məşqçilər baxımından da komandaların səviyyəsi eyni deyil. Azarkeş baxımından da onlar üstün durumdadır. Lakin bir şeyi dəqiq bilirəm ki, futbolda hər şey ola bilər. İstək olan yerdə səviyyəni üstələmək mümkündür. Bizim matçda yeganə üstünlüyümüz istəkli olmağımızdan asılıdır. Biz əlimizə nə şans düşsə, ondan yararlanmağa çalışacağıq.
- Əgər oyun Lənkəranda yox, Neftçalada keçirilsəydi, növbəti mərhələyə keçmək şanslarınız artardı?
- Əlbəttə, artardı. İlk dəfə Lənkəranda belə azarkeşlər önündə oynayacağıq. Hansı tərəfdən yanaşsaq, üstünlük onların tərəfindədir. Ancaq yenə deyirəm: 1 faiz mərhələ adlamaq şansımız varsa, məhz ondan yapışıram.
- Üstəlik, rəqib komandaya yeni baş məşqçinin gəlməsi cənublu futbolçuların özlərini göstərməsinə çalışacaq...
- Bəli, belədir. Futbolçular istəyəcək ki, yeni baş məşqçinin gözünə girsinlər. Ona görə də var-gücləri ilə bizə qarşı oynayacaqlar. Bunu dəqiq bilirəm.
- Nə vaxtsa Mustafa Dənizli kimi məşqçiyə rəqib olacağınızı düşünmüsüz?
- Mən rəqib baş məşqçinin kimliyinə baxmıram. Komandam dünyanın ən böyük məşqçilərinə qarşı da oynaya bilər. Məsələn, Joze Mourinyonun komandasına qarşı. Həmişə qabağa baxıram. Futbolçulara da həmişə deyirəm ki, ancaq irəli baxsınlar. Biz məşqçilər də inkişaf etmək istəyiriksə, ancaq ən pik nöqtəni düşünməli, öz üzərimizdə səylə işləməliyik. Azərbaycanda futbolun inkişafı üçün hər cür şərait var. Çox çalışmaq lazımdır, ancaq düzgün və sağlam şəkildə. Şəxsi mənafeyə görə biz futbolu korlamamalıyıq. Ortaya savadlı futbol qoymalıyıq.
- “Xəzər Lənkəran” hazırda dövrünün ən acı günlərini yaşamaqdadır. Dənizli bu komandanı çətin günlərdən çıxara biləcək gücdədirmi?
- Mən Azərbaycan mentalitetini yaxşı bilirəm. Ölkəmizə gələn məşqçilərin ilk növbədə mentalitetimizi tanımamağı onlara problem yaradır. Onlar bura gələndə, burdakı ab-havanı bilməli, mentalitetimizə bələd olmalı, futbolçuların xarakteri ilə yaxından tanış olmalıdır. Məsələn, Con Toşak uğursuzluğa düçar oldu. Çünki, burda nəbzi tuta bilmədi. Əgər Dənizli buranın nəbzini tuta bilsə, komandanı çətinliklərdən xilas edəcək.
- Ancaq Toşakdan fərqli, yeni baş məşqçi türkiyəlidir. Dilimiz, dinimiz eynidirsə, onun nəbzi tutmasında problem olmamalıdır...
- Orası elədir. Ancaq mən futbol səviyyəsini də nəzərdə tuturam. O, Türkiyə futbolunun səviyyəsindən bizim futbolun səviyyəsinə düşəcək. Burda o yana bilər. Əcnəbi məşqçilərin çoxu burda yanıb gedir. Yanmamaq üçün gərək əlindəki futbolçuların psixologiyasına yaxından bələd olasan. Toşak İspaniya, Türkiyədəki ab-havadan gəlib burdakı mühitə düşüb uyğunlaşa bilmədi. Dənizli isə yəqin ki, səviyyə fərqinə uyğunlaşacaq. O yana da bilər, yanmaya da.
- Mətbuatda belə bir fikir səsləndirmişdiniz ki, “Xəzər Lənkəran” hələ sevinsin ki, bizə rəqib olub. Bu cümlənizə də aydınlıq gətirərdiniz...
- O cür deyildi. Sual verildi ki, siz “Xəzər Lənkəran”dan qorxursunuz? Mən də dedim ki, heç kimdən çəkinmirik. Çəkinirlərsə, onlar qorxsun. Nəyə görə bunu dedim? Çünki bizim itiriləsi heç nəyimiz yoxdur. Biləcəyik ki, “Xəzər Lənkəran”a uduzmuşuq. Bu komandaya məğlub olsaq da, bunu təbii qarşılayacağıq. Bilirəm ki, orda adlı-sanlı, milli komandanın futbolçuları var. Amma onlar uduzsa...

0
0