“Topaz”: Son 2 ayda əhali bizdən 14 milyon manat qazanıb
13.12.2013 - 13:14
“Topaz” şirkəti 2013-cü ildə Premyer Liqada çıxış edən futbolçulara 25 min manat mükafat verib. Apasport.az saytının məlumatına görə, bunu Azərinteltek” şirkətinin Direktorlar Şurasının sədri Əhməd Geylani Sezər açıqlayıb.
Türkiyəli noyabr ayının ən yaxşılarının mükafatlandırılması mərasimindəki çıxışında qeyd edib: “Biz 3 il ərzində 211 milyon manat pul yatırımı etmişik. Son 2 ayda isə əhali bizdən 14 milyon manat qazanıb. Bu il 25 min manat ən yaxşı seçilən futbolçulara vermişik. Bu yöndə işimizi davam etdirəcəyik”.
Sezər Topaz Premyer Liqasının oyunlarının başqa ölkələrdə televiziya ilə yayımlanması haqda şayiələri də təkzib edib: “İsveçrə şirkətinin bizim oyunların teleyayın hüququnu alması haqqında məlumatlar həqiqəti əks etdirmir. Biz də bunu mətbuatdan eşitmişik. Ancaq bu haqda kiminləsə görüşümüz olmayıb”.
Sədr futbolumuzdakı inkişafdan da danışıb. Sezər həmyerlisi Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın baş məşqçisi təyin olunmasını da müsbət hal kimi dəyərləndirib: “6 ildir ki, Azərbaycandayam. Azərbaycan futbolunda o vaxtkı illərlə müqayisədə inkişaf var. Yerli futbolçuların hər ay qalib olması bundan xəbər verir. Milli komandada Berti Foqts, “Xəzər Lənkəran”da Mustafa Dənizlinin çalışması futbolun hansı səviyyədə olmasından xəbər verir. Bildiyiniz kimi, Türkiyədə 3 böyük klubu çempion etmiş məşqçi Dənizlidir. Biz maliyyə dəstəyi verərkən komandalar da yaxşı məşqçilər və futbolçular qatır. Mən Azərbaycan futbolunun gələcəyinə pozitiv baxıram”.
Premyer Liqanın sponsoru olan “Topaz”ı təmsil edən Sezər hakimlik haqda da danışıb: “Hakimlik hər yerdə eynidir. Mən Azərbaycanda hakimliyin yaxşı olduğunu görürəm. Hər yerdə olduğu kimi hakimlikdə də inkişaf var”.

0
0