“Trabzonspor” evdə büdrədi
17.12.2013 - 00:24
Futbol üzrə Türkiyə Superliqasında XV tura yekun vurulu. Apasport.az saytının məlumatına görə, son oyun günündə bi görüş baş tutub.
“Trabzonspor” doğma arenada “Bursaspor”la üz-üzə gəlib. Görüş tərəflərin 2:2 hesablı bərabərliyi ilə başa çatıb.
Turun digər matçlarında isə, “Gənclərbirliyi”nin qonağı olan “Qalatasaray” erkən qolla məğlub duruma düşsə də, ikinci yarıda hesabı bərabərləşdirə bilib. Oyunda başqa qol qeydə alınmayıb və Roberto Mançininin yetirmələri Ankarada 1 xalla razılaşıb.
“Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub. Oyunu 9 nəfərlə tamamlayan “ağ-qaralar” meydandan 2:1 hesabı ilə məğlub ayrılıb.
Lider “Fənərbaxça” doğma arenada “Akhisar BS”ni sınağa çəkib. İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib.
Günün digər görüşündə isə “Karabükspor” səfərdə “Konyaspor”u 2:3 hesabı ilə üstələyib.
Millimizin üzvü Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" öz meydanında "Çaykur Rizəspor"la qarşılaşıb. Sivas təmsilçisinin qələbə qazandığı görüşdə Cihan meydana 90-cı dəqiqədə Burhan Eşərin yerinə çıxıb. O, oyuna əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə alıb.
Adı “Xəzər Lənkəran”la yanaşı hallanan Necati Atəşin şərəfini qoruduğu “Əskişəhərspor” “Kayserispor”un qonağı olub. Oyunda hesabı Necati açsa da, meydan sahibləri məğlubiyyətdən qaça biliblər.
Türkiyə Superliqası
XV tur
13 dekabr
“Konyaspo” – “Karabükspor” - 2:3
Əli Çamdalı, 25, Hasan Kabze, 58 – İlhan Parlak, 4, 33, İncədəmir, 64
Qırmızı vərəqə: Əli Çamdalı, 90 (Konyaspor)
“Fənərbaxça” – “Akhisar BS” - 4:0
Emenike, 43, Sou, 53, Vebo, 58, Alves, 68
Qırmızı vərəqə: İbrahima Sonko, 24 (Akhisar BS)
14 dekabr
“Sivasspor” – “Rizəspor” - 3:1
Burhan Eser, 68; 90; Aatif Çaheçuhe, 76 - Çernat, 52
“Elazığspor” – “Antalyaspor” - 4:1
“Kayserispor” – “Əskişəhərspor” - 1:1
Sefa Yılmaz, 79 - Necati Atəş, 68
15 dekabr
“Gənclərbirliyi” – “Qalatasaray” - 1:1
Stanku, 6 – Droqba, 57
“Kasımpaşa” – “Beşiktaş” - 2:1
Çolak, 47, Skarione, 71 – Almeyda, 3
Qırmızı vərəqə: Motta, 82, Almeyda, 82 (Beşiktaş)
“Qaziantepspor” – “Ərciyəsspor” - 2:1
Şahin, 10, Tosun, 19 – Bilgi, 87
16 dekabr
“Trabzonspor” – “Bursaspor” - 2:2
Olcan Adın, 45, Əmrə Güral, 90 – Enrike, 28 (avtoqol), Şestak, 62

1. | Fənərbaxça | 15 | 12 | 2 | 1 | 37:16 | 38 |
2. | Kasımpaşa | 15 | 9 | 3 | 3 | 30:17 | 30 |
3. | Qalatasaray | 15 | 7 | 6 | 2 | 23:15 | 27 |
4. | Beşiktaş | 15 | 7 | 5 | 3 | 26:17 | 26 |
5. | Sivasspor | 15 | 8 | 2 | 5 | 27:20 | 26 |
6. | Əskişəhərspor | 15 | 7 | 3 | 5 | 19:11 | 24 |
7. | Trabzonspor | 15 | 7 | 3 | 5 | 22:18 | 24 |
8. | Karabükspor | 15 | 6 | 5 | 4 | 14:13 | 23 |
9. | Bursaspor | 15 | 5 | 5 | 5 | 16:18 | 20 |
10. | Qaziantepspor | 15 | 6 | 2 | 7 | 22:29 | 20 |
11. | Akhisar BS | 15 | 5 | 4 | 6 | 15:18 | 19 |
12. | Antalyaspor | 15 | 4 | 6 | 5 | 17:18 | 18 |
13. | Konyaspor | 15 | 5 | 1 | 9 | 18:25 | 16 |
14. | Gənçlərbirliği | 15 | 4 | 3 | 8 | 14:18 | 15 |
15. | Rizəspor | 15 | 4 | 3 | 8 | 18:24 | 15 |
16. | Ərciyəsspor | 15 | 3 | 3 | 9 | 10:22 | 12 |
17. | Kayserispor | 15 | 2 | 5 | 8 | 12:23 | 11 |
18. | Elazığspor | 15 | 3 | 1 | 11 | 17:35 | 10 |
0
0