AFFA İcraiyyə Komitəsinin vaxtını dəyişdi
16.12.2013 - 10:35
Dekabrın 18-də AFFA-nın inzibati binasında keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasının başlanma vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, iclas, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 11:00-da deyil, saat 10:00-da başlayacaq.
Xatırladaq ki, iclasın gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsidir. Bundan başqa, UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunmasına da baxılacaq. Komitə üzvləri AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirə edəcək, həmçinin digər məsələlərə baxacaq.
Mənbə: affa.az

0
0