Oliver Rek: Mən Tuğrul Eratdan tamamilə razıyam
16.12.2013 - 11:05
“İlk yarıda irəlidə çox oynamağımızın elə də önəmi yox idi. Bununla belə, ilk 45 dəqiqədə bir qol vurduq. Komanda bunu əla bacardı”. Apasport.az saytının məlumatına görə, bunu Düsseldorf “Fortuna”sının baş məşqçi səlahiyyətlərini icra edən Oliver Rek deyib.
2-ci Bundesliqada mübarizə aparan “Fortuna” dekabrın 14-də Kotbusda autsayder “Energi” üzərində əzmkar qələbə qazanıb. Meydan sahibləri 7-ci dəqiqədə fərqlənməsinə baxmayaraq, sonradan “Fortuna” 3 qol vuraraq qələbə qazanıb. Bu qələbəyə U-21 millimizin sağ cinah yarımmüdafiəçisi Tuğrul Erat 1 məhsuldar ötürmə və 1 qolla töhfə verib.
Almaniya yığmasında Berti Foqtsun dönəmində 1 oyun keçirmiş “Verder” və “Şalke 04”ün sabiq qapıçı olan Rek qarşılaşma haqqında danışarkən Eratla bağlı fikirlərini də bildirib: “Mən Tuğrul Eratdan tamamilə razıyam. Onun vurduğu qol vacib idi. Bu onun cəsarətli çıxışından irəli gəlir. Şadam ki, o hazırda özünə olan inamı geri qaytarır”.

0
0