“Bakı” Braziliya klubu ilə qarşılaşacaq
16.12.2013 - 11:36
“Bakı” klubunun dövrələrarası qış fasiləsindəki rəqiblərindən birinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Braziliyanın “Uniao” klubu təmsilçimizi sınağa çəkəcək.
Cənubi Amerika ölkəsinin mətbuatının iddiasına əsasən San Paulu ştatının çempionatının aşağı dəstəsində çıxış edən komanda qış hazırlığını Türkiyədə keçirəcək. “Uniao” klubu yanvarın 4-dən fevralın 12-dək Antalyada təlim-məşq toplanışında olacaq. Bu ölkənin klubları Antalyaya gəlməkdə meylli olmasa da, aşağı dəstə təmsilçisi bu mənada fərqlənməyə qərar verib. braziliyalılar Avropada 10 yoxlama oyunu keçirmək niyyətindədirlər. Həmkarlarımız bu rəqiblərdən bəzilərinin dəqiqləşdiyini və onlardan birinin “Bakı” olduğunu iddia edir.
Qeyd edək ki, “Bakı”nın hazırlıq planına hələ tam aydınlıq gəlməyib.

0
0