Subaşiç meydandan çıxdı, komandası top buraxdı
16.12.2013 - 13:56
Subaşiç meydandan çıxdı, komandası top buraxdı
“Orduspor” Türkiyənin XVII turunda doğma azarkeşləri önündə xal itirib. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş serbiyalı hücumçu Branimir Subaşiçin çıxış etdiyi komanda Orduda “Bucaspor”u qəbul edib.

Bu görüşdə Subaşiç start heyətində yer alıb. O, 88-ci dəqiqədə Reha Kurtla əvəzlənib. Məhz onun çıxmasından 6 dəqiqə sonra İzmir təmsilçisi hesabı bərabərləşdirib.

Belə ki, “Bucaspor” 90+4-də tarazlığı bərpa edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Beləliklə də, “Orduspor” ardıcıl 3-cü matçında da doğma azarkeşləri önündə qələbə qazana bilməyib.

Qeyd edək ki, “Orduspor” hazırda turnir cədvəlində 33 xalla III pillədədir. Qara dəniz təmsilçisi növbəti turda xalları eyni olan, sadəcə top fərqinə görə II pillədə olan “Ankaraspor”la səfər görüşünə çıxacaq.