Karlos Kardoso: Penalti yox idi
16.12.2013 - 16:42
“Komandamız qələbə ruhunu nümayiş etdirdi. Birinci yerə layiq olduğumuzu təsdiq etdik”. Bu sözləri apasport.az saytına “Neftçi”nin müdafiəçisi Karlos Kardoso deyib.
Topaz Premyer Liqasının XVII turunda “Qəbələ”ni qəbul edən “Neftçi” 2:1 hesablı qələbə qazanaraq liderliyə yüksəldi. Oyundan sonra açıqlama verən komandanın müdafiəçisi buna layiq olduqlarını vurğulayıb: “Meydanda baş verənlər yalnız nəticə ilə bağlı deyil. Həm də komanda öz ruhunu göstərdi”.
Oyunun gedişində rəqib hücumçunu yıxmaqla penaltiyə səbəb olan və “Qəbələ”nin hesabı bərabərləşdirməsinə bir növ yardımçı olan braziliyalı hakimin qərarı haqda danışmaq istəməyib: “Hakimi günahlandırmaq istəmirəm. Epizoda gərək dəqiq baxaq. Fikrimcə, orda penalti yox idi”.

0
0