“Atletiko” 19, azərbaycanlılar 7 qol vurdular
16.12.2013 - 17:11
“Atletiko” 19, azərbaycanlılar 7 qol vurdular
Azərbaycanlı futbolçular İspaniya U-15 liqasında debüt ediblər. Apasport.az “Bakı”nın rəsmi saytına istinadən xəbər verir ki, Madriddə “Atletiko”nun heyətində uzun müddətli təlim keçən 5 futbolçu İspaniya klubunun heyətində meydana çıxıblar.

Belə ki, “Atletiko” – “Real” (Palomera) qarşılaşmasında Cavid Mikayıllı, Rahil Əliyev, Qəlbinur Adıgözəlli və Asim Abdullazadə start heyətində yer alıb və kifayət qədər inamlı təsir bağışlayıblar. İkinci hissədə 5-ci azərbaycanlı Ruslan Süleymanov da oyuna qoşulub. Oyun isə “Atletiko”nun böyük üstünlüyü şəraitində keçib. Madrid klubu rəqibinə 19:0 hesabı ilə qalib gəlib. Qəlbinur Adıgözəlli 5, Ruslan Süleymanov isə 2 dəfə fərqlənib.

Qeyd edək ki, bu görüşü Madriddə təlim-məşq toplanışını davam etdirən “Bakı”nın U-14 komandası da tribunadan izləyib.