Branimir Subaşiç: Əsas yük mənim üzərimdədir
16.12.2013 - 18:15
“Sonuncu dəqiqədə qol buraxmaq həmişə üzücüdür. Özü də, bu heç-heçə ilə “İstanbul” BB-ni önə buraxmış olduq”. Bu sözləri apasport.az saytına “Orduspor”un hücumçusu Branimir Subaşiç deyib.
Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Orduspor” ardıcıl 3-cü ev oyununda xal itirib. Ötən şənbə XVII tur çərçivəsində “Bucaspor”u qəbul edən Ordu təmsilçisi 90+4-cü dəqiqədə buraxdığı qolla qələbəni əldən verib (1:1).
Yığmamızın milliləşdirilmiş serbiyalı forvardı “Orduspor”un son matçlardakı inamsız çıxışını heyətdəki zədələrlə əlaqələndirib: “Əsas heyətin 4-5 üzvü zədəlidir. Bu isə komandanın oyununa ciddi şəkildə təsir edir. Xeyli müddət liderlik etsək də, indi 3-cü pillədəyik. Lakin vəziyyəti düzəldəcəyimizi düşünürəm. “Orduspor” Superliqaya vəsiqə qazanacaq səviyyədədir. Təəssüf ki, ev oyunlarında yersiz xallar itiririk. Buna yol verməməli idik. Ancaq geriyə baxmaqla, heç nə dəyişməyəcək. Əsas oyunlar qabaqdadır”.
Subaşiç cari mövsümdə əksər oyunlarda “Orduspor”a kömək etsə də, hesabında cəmi 2 qol var. Serbiyalı məhsuldarlığının aşağı olmasının səbəbini belə izah edib: “İki əsas ön xətt oyunçusu zədəlidir. Onlarla birlikdə oynamaq daha asandır. Ehtiyat futbolçular isə hələlik istəniləni verə bilmirlər. Baş məşqçi vəziyyətdən asılı olaraq, məni müxtəlif mövqelərdə oynadır. Yəni, indiki durumda məndən qol vurmağı deyil, hücumu təşkil etməyi tələb edirlər. Əsas yük mənim üzərimdədir. Ona görə də, az fərqlənirəm. Lakin vurduğu hər iki qol oyununun taleyini həll edib”.
Serbiyalı futbolçu yenidən millimizin formasını geyinmək istədiyini ifadə edib: “Azərbaycan millisində oynamağa hər zaman hazıram. Dəvət olan kimi, gələcəyəm”.
Qeyd edək ki, “Orduspor” hazırda turnir cədvəlində 33 xalla 3-cü pillədədir. Qara dəniz təmsilçisi növbəti turda xalları eyni olan, sadəcə top fərqinə görə 2-ci sırada olan “Ankaraspor”la səfər görüşünə çıxacaq.

0
0