Dodo: Yuri Syomin mənə pis oynadığımı demişdi - MÜSAHİBƏ
16.12.2013 - 17:52
Topaz Premyer Liqasının XVII turunda “Neftçi”yə 1:2 hesablı məğlubiyyətdən sonra “Qəbələ” klubunun braziliyalı yarımmüdafiəçisi Dodo apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Turnir cədvəli baxımından həlledici əhəmiyyət kəsb edən oyunda “Neftçi”yə yenildiniz...
- Məğlub olduq ki, bu da bizim üçün yaxşı hal deyil. Qələbə qazananda isə hər şey yaxşı olur. Son dəqiqədə qol buraxmağımız məyusedicidir. İndi növbəti turun “Bakı” ilə qarşılaşmasını fikirləşmək lazımdır.
- Cari mövsüm ilk dəfə sağ cinah yarımmüdafiəçisi kimi çıxış etdiniz. Halbuki, baş məşqçi Yuri Syomin sizi daha çox dayaq yarımmüdafiəçisi kimi oynadırdı. Çətinlik çəkmədiniz ki?
- Yox, çətinlik çəkmədim. Çünki “Qəbələ”də əvvəllər cinah yarımmüdafiəçisi kimi çıxış etmişəm. Düzdür, onda sol cinahda yer alırdım. Ancaq cinahlar arasında elə də böyük fərq yoxdur.
- Yaxşı sualı başqa cür verək. Niyə dayaq yarımmüdafiəçisi kimi oynamadınız?
- Çünki baş məşqçi mənə dayaq yarımmüdafiəçisi kimi pis çıxış etdiyimi demişdi. O düşünürdü ki, bu oyunda hücumlarda çox iştirak edə bilməyim üçün cinah yarımmüdafiəçisi kimi çıxışım daha yaxşı alınar. Ona görə də “Neftçi” ilə görüşdə bu mövqedə oynadım.
- Deyirsiniz ki, Syomin sizin dayaq yarımmüdafiəçisi kimi pis oynadığınızı düşündüyünü dedi. Ancaq jurnalistlərə mətbuat konfransında sizin dayaq yarımmüdafiəçisi kimi yaxşı çıxış etdiyinizi deyir...
- Baxın, bu, baş məşqçinin sistemidir. Mən bunu dəyişdirə bilmərəm. Məni hara qoysa, orda da oynamalıyam.
- Sizin oyununuzdan əvvəl “Qarabağ”ın məğlub olduğunu bilirdiniz. Ona görə də “Neftçi” ilə oyunda ilk pilləyə yüksəlmək üçün hər şey öz əlinizdə idi.
- Bunu bilirəm. Hamı istəyirdi ki, qələbə qazansın. Ancaq neyləməli? Bu, futboldur. Bəzən qələbə qazanırsan, bəzən də belə məğlubiyyətlərlə üzləşməli olursan.
- Bayaq qeyd etdiyiniz kimi, növbəti matç “Bakı” ilədir. Qəbələdə oynasanız da, lideri məğlub etmiş komanda ilə üz-üzə gələcəksiniz. Bu baxımdan çətinlik yaşayacağınızı düşünürsünüz?
- Hər bir oyun çətin keçir. “Bakı” ilə oyun da istisna deyil. Bu matç dekabrın 20-də başlayacağından, az hazırlaşmaq imkanımız olacaq. “Qarabağ” üzərində qələbə rəqibdə əla motivasiya yaradıb. Bununla belə, istirahətə qələbə əhval-ruhiyyəsində yollanmaq üçün doğma azarkeşlərimiz önündə qələbə qazanmalıyıq.
Səbuhi TOFİQOĞLU

0
0