Ançelotti: Bu turnir bizim üçün çox önəmlidi
16.12.2013 - 20:38
Ançelotti: Bu turnir bizim üçün çox önəmlidi
Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsi ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis onları çətin qarşılaşmaların gözlədiyini deyib:

“Artıq Çempionlar Liqasında 1/8 finaldayıq. Bundan sonrakı mərhələləri adlamaq çox çətin olacaq. Oyunlarımıza çox yaxşı köklənməliyik”.

Ançelotti növbəti mərhələdəki rəqibləri “Şalke” ilə bağlı bu sözləri deyib: “Onlarla qarşı-qarşıya gəldiyimiz üçün nə şanslıyıq, nə də şanssızıq. Hər iki matçda da əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bu turnir bizim üçün çox önəmlidir. Fevral ayına qədər hazır olmalıyıq”.

Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin ilk oyunları 2014-cü il fevralın 18-19, 25-26-da baş tutacaq.