Teves: İstanbuldakı məğlubiyyətdən sonra...
16.12.2013 - 21:11
Teves: İstanbuldakı məğlubiyyətdən sonra...
“Yuventus”un ulduz futbolçusu Karlos Teves Çempionlar Liqasındakı “Qalatasaray” məğlubiyyəti ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya A Seriyasındakı “Sassuolo” üzərindəki 4:0 hesablı qələbədən sonra İtaliya mətbuatına danışan argentinalı hücumçu İstanbuldakı məğlubiyyətdən sonra toparlanmaları üçün bu qalibiyyətin vacib olduğunu deyib:

“Bizim üçün asan deyildi, çünki Çempionlar Liqasında çox işlər görmək istəyirdik. İstanbuldakı məğlubiyyətdən sonra danışdıq və toparlanmağımızın vacib olduğunu bilirdik. Biz “Yuventus”uq və səviyyəmizin fərqindəyik. Çempionlar Liqasındakı uğursuzluğumuz “Kopenhagen”lə ilk oyundakı səhvlərimizdən sonra başladı. Artıq bu uğursuzluqlar geridə qaldı və qarşıdakı oyunlarımıza köklənməliyik. Əvvəla “Yuventus”la çempionluq yaşamaq istəyirəm. Çempionatın bombardiri olursam, çox sevinərəm”.