Tomaş Uyfaluşi “Qalatasaray”a qayıdır
16.12.2013 - 22:11
“Qalatasaray”ın sabiq futbolçusu Tomaş Uyfaluşi yenidən “sarı-qırmızılı” kluba qayıdır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, çexiyalı keçmiş müdafiəçi baş məşqçi Roberto Mançininin idarəçilik üzrə köməkçisi olacaq.
İstanbula gələrək rəhbərliklə görüşən Uyfaluşi yaxın günlərdə klubla müqavilə imzalayacaq. O, futbolçularla Mançini arasında körpü rolunu oynayacaq.
Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”ın formasını geyən 35 yaşlı sabiq futbolçu bu yay “Cim-Bom”dan ayrılaraq ölkəsinin “Sparta” (Praqa) klubuna keçsə də, zədə səbəbindən orada da istədiyini tapa bilməmiş və bu ay futbolla vidalaşdığını açıqlamışdı.

0
0