“Valensiya” baş məşqçisiz qaldı
16.12.2013 - 22:58
“Valensiya”nın baş məşqçisi Miroslav Cukiç vəzifəsindən kənarlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, bu barədə klub prezidenti Amadeo Salvo məlumat verib.
Belə ki, rəhbərlik İspaniya La Liqasının son turundakı (3:0) “Atletiko” məğlubiyyətindən sonra bu addımı atıb. Yerli KİV xəbər verir ki, bu postda müvəqqəti olaraq komandanın aşağı yaş qrupları üzrə çalışdırıcısı Niko Esteves əyləşəcək.
Qeyd edək ki, serbiyalı mütəxəssis bu yay “Real Valyadolid”dən “Valensiya”ya keçib.

0
0