Halk “Çelsi”yə keçir
17.12.2013 - 00:06
Halk “Çelsi”yə keçir
“Zenit”in braziliyalı hücumçusu Halk klubunu London “Çelsi”sinə dəyişməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

Belə ki, Sankt-Peterburq təmsilçisi də 27 yaşlı futbolçu ilə yolları ayırmağa hazırdır. Lakin ruslar Halkın klubdan ayrılması üçün böyük məbləğ tələb edir.

Qeyd edək ki, Halk 2012-ci ildən “Zenit”in formasını geyir və onun hazırkı transfer qiymətinin 45 milyon avro olduğu deyilir.