“Xəzər Lənkəran”ın məşqində nə baş verdi?
17.12.2013 - 00:46
“Xəzər Lənkəran”ın məşqində nə baş verdi?
Dekabrın 15-də “Fırtınalar meydanı”nda “Rəvan” klubunu qəbul edərək görüşdə 1:0-hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” dünən oyunsonrası bərpa məşqini keçirib. Apasport.az saytının məlumatına görə, Cənub təmsilçisi ötən gün stadionun əsas və ehtiyat meydançalarının bir o qədər də yaxşı vəziyyətdə olmadıqları səbəbindən hazırlıq üçün yenə də özünə başqa bir məkan seçməli olub.

Belə ki, komanda Lənkəran şəhərinin İnşaatçılar məhəlləsinə (RAYPO-nun yanı) yollanaraq ərazidə yerləşən idman kompleksinin süni örtüklü – qapalı meydançasında məşq edib. Əsasən bərpa proqramı üzrə tərtib edilmiş fiziki hərəkətlərin ardıcıllıqla yerinə yetirilməsindən ibarət olan hazırlıq prosesi bir saat davam edib. Daha sonra özünün baza-otelinə qayıdan “ağ-yaşıllar” bu gündən başlayaraq intensiv məşqlər keçərək “Sumqayıt”la oyunun hazırlıqlarına start verəcək.

Mənbə: 12cioyuncu.info