Kasilyas “Şalke”dən ehtiyatlanır
17.12.2013 - 01:33
Kasilyas “Şalke”dən ehtiyatlanır
“Real”ın qapıçısı İker Kasilyas Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri “Şalke” ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı qolkiper Almaniya təmsilçisinin zəif rəqib olmadığını deyib:

“Bəlkə, onlar Çempionlar Liqasının favoritlərindən deyillər, amma bu o demək deyil ki, onları zəif rəqib kimi qəbul etməliyik. Ciddi şəkildə mübarizə aparıb, rəqibimizə lazımi hörməti göstərəcəyik. İlk oyunda sərfəli nəticə qazanıb, öz meydanımızdakı matça rahat çıxmaq istəyirik. Biz bu turniri çox sevirik və burada olmaqdan böyük həzz alırıq. Bütün “Real” azarkeşləri kimi sona qədər getməyi arzulayırıq”.