Ronaldo: Mənə “Sportinq” lazımdı?
17.12.2013 - 02:51
Ronaldo: Mənə “Sportinq” lazımdı?
Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo karyerasına başladığı “Sportinq” klubu ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 28 yaşlı yarımmüdafiəçi Portuqaliya təmsilçisinə qayıtmaq imkanlarını dəyərləndirib.

Ronaldo “Sportinq”ə qayıtmayacağını deyib: “Mənə “Sportinq” lazımdır? Onların işi yaxşı gedir. “Sportinq” hazırda Portuqaliya çempionatının lideridir. Orada əla məşqçi işləyir və komandaya yaxşı yol göstərir”.

Qeyd edək ki, Ronaldo 2003-cü ildə ölkəsi Portuqaliyanın “Sportinq” klubundan “Mançester Yunayted”ə transfer olunub. O, 2009-cu ildə isə İspaniya təmsilçisi “Real”a keçib.