Dünya çempionu bütün titullarından imtina etdi
17.12.2013 - 04:17
Dünya çempionu bütün titullarından imtina etdi
«WBC» versiyası üzrə ukryanalı dünya çempionu Vitali Kliçko bütün titullarından imtina etdiyini bildirib. Lent.az-ın məlumatına görə, boksçu özünü Ukrayna siyasətinə həsr edəcəyini qərar alıb.

Belə ki, o, hazırda bu ölkədə keçirilən avrointeqrasiya aksiyalarında aparıcı rollardan birini oynayır. Kliçko dekabrın 16-da o, ölkədə yeni prezident seçkilərinə hazırlığın başlayacağını və bu posta namizədliyini irəli sürəcəyini bəyan edib.

Dünya Boks Şuras Kliçkonun qərarını anladığını, karyerasını istənilən vaxt bərpa edəcəyinin mümkünlüyünü bildirib: «O, istənilən vaxt, istənilən boksçu ilə çempionluq uğrunda mübarizə apar bilər».

Xatırladaq ki, o, peşəkar rinqdə döyüşdüyü müddət ərzində 45 qələbə qazanıb, iki dəfə məğlub olub.