“Barselona” və “Real”da şok: Klublar qanunsuzluqda ittiham olunur
17.12.2013 - 06:54
“Barselona” və “Real”da şok: Klublar qanunsuzluqda ittiham olunur
Avropa Birliyi Komissiyası 7 İspaniya klubunu qanunsuzluqda ittiham edir. Apasport.az saytı “Goal.com”a istinadən xəbər verir ki, bunlar “Real”, “Barselona”, “Atletik”, “Osasuna” “Valensiya”, “Herkules” və “Elçe”dir.

3 fərqli səbəbə görə ittiham olunan həmin klubların Avropa Birliyi qanunlarına tabe olmayaraq, dövlətdən gizli yolla yardım aldıqları iddia olunur.

Bu barədə mətbuata açıqlama verən İspaniyanın xarici işlər naziri Xose Manuel Marqaryo komissiyanın 18 dekabr tarixindən rəsmi araşdırmalara başlayacağını deyib. Nazir ayrıca, dövlətin bu prosesdə klubları sonadək müdafiə edəcəyini bildirib.