“Faşist salamı”na görə ağır cəza
17.12.2013 - 10:19
FİFA Xorvatiya millisinin üzvü Yosip Simuniçi 10 oyunluq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi “faşist salamı”nın qurbanı olub.
FİFA İntizam Komitəsi noyabrın 19-da Zaqrebdə baş tutan Xorvatiya – İslandiya matçında (2:0) qadağan edilmiş hərəkətə yol verən Simuniçə 10 oyunluq cəza ilə yanaşı, 30 min İsveçrə frankı cərimə kəsib.
Qeyd edək ki, Yosip Simuniç 10 oyunluq cəza səbəbi ilə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Xorvatiya millisinə kömək edə bilməyəcək.

0
0