“Qəbələ”nin baş məşqçisi imtahan verdi
17.12.2013 - 10:22
“Qəbələ”nin baş məşqçisi imtahan verdi
Rusiyada məşqçilik üzrə UEFA-nın Pro kateqoriyasını almaq üçün keçirilən imtahanların nəticələri açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 12-14-də Moskvadakı Futbol evində keçirilən sınaqlarda “Qəbələ”nin baş məşqçisi Yuri Syomin də iştirak edib.

Hazırda sahib olduğu lisenziyanın vaxtının artırılması üçün ayın 12-13-də seminara qatılan, 14-də isə imtahan verən tanınmış mütəxəssis sınaqdan üzüağ ayrılan 22 məşqçi arasında olub. Onunla yanaşı, Valeri Qazzayev, Oleq Veretennikov kimi mütəxəssislər də imtahandan uğurla keçib. Bu da onlara bütün Avropada çalışmaq hüququ verib.

Rusiyada kifayət qədər tanınan Andrey Kobeleb və Andrey Çernışov isə imtahandan kəsilib. Onlar karyeralarını yalnız Rusiyada – Premyer Liqada köməkçi, aşağı dəstələrdə baş məşqçi kimi davam etdirə bilər.