Yuri Syomin: Onlar qonaq komandanı sıxırlar
17.12.2013 - 10:29
Yuri Syomin: Onlar qonaq komandanı sıxırlar
“Borussiya”nın bəxti gətirdi. Dortmund təmsilçisi “Zenit”ə qalib gəlib, mərhələ keçəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syomin deyib.

Rusiya mətbuatına müsahibəsində Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasına münasibət bildirən Syomin ölkəsinin yarışdakı yeganə təmsilçisi “Zenit”in Dortmind “Borussiya”sı ilə düşməsindən danışıb: “Zenit” indi məzuniyyətdədir. Bundan sonra toplanışları olacaq. Çox şey komandanın bu matçlara necə hazırlaşacağından asılıdır. İlk ev oyununda qol buraxmamaq həmişə yaxşıdır. 2003-cü ildə mənim başçılıq etdiyim “Lokomotiv” “Borussiya”ya 0:3 hesabı ilə uduzmuşdu. Stadionda möhtəşəm ab-hava var idi. Dortmunddakı stadionda azarkeşlər komandaya Avropada ən böyük dəstəyi verirlər. Elə təəssürat yaranır ki, onlar qonaq komandanı sıxıb, əzirlər. Ümumilikdə isə “Zenit”lə “Borussiya”nın mərhələ keçmək şanslarını 50-nin 50-yə qiymətləndirirəm”.