“Dənizlispor”un baş məşqçisi istefa verdi
17.12.2013 - 10:33
“Dənizlispor”un baş məşqçisi istefa verdi
Həmyerlimiz Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” klubunda növbəti baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, bu ilin oktyabrında I divizion təmsilçisinin “sükanı arxası”na keçən Yusuf Şimşək getmək qərarına gəlib.

Gənc çalışdırıcı istefasının səbəbi barədə yazılı açıqlama verib. Şimşək bildirib ki, məşqçilər korpusunun klub rəhbərliyi qarşısında qoyduqları tələblər yerinə yetirilmədiyi, futbolçulara cüzi məbləğdə ödəmələr edildiyi və gələcəklə bağlı lazımı tədbirlər görülmədiyi üçün postundan getməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, Yusuf Şimşək cari çempionatının VI turundan sonra baş məşqçi vəzifəsindən istefa verən Sərdar Dayatı əvəzləmişdi.