Ruslan Abışov: ...ikinci azərbaycanlı adına sahib çıxacam - MÜSAHİBƏ
17.12.2013 - 10:59
Milli komandamızın və “Rubin”in futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Bakıya nə vaxt qayıtmısınız?
- “Zulte-Vareqem”lə Belçikadakı oyundan sonra komanda ilə Kazana qayıtdım. Daha sonra isə Rusiya çempionatı başa çatdığı üçün futbolçular evlərinə buraxıldı.
- Bəs “Rubin”in düşərgəsinə nə vaxt qayıdacaqsınız?
- Yanvarın 11-də.
- “Rubin” harda hazırlıq keçəcək?
- Antalyada. Mən yanvarın 11-də birbaşa Türkiyəyə yollanacağam.
- Avropa Liqasının 1/16 final mərhələsində komandanızın bəxtinə 1/16 finalda İspaniyanın “Betis” klubu düşdü. Bu haqda fikirlərinizi bilmək istərdim.
- “Betis”in İspaniya çempionatında sonuncu pillədə olmasına və La Liqada qalmaq üçün mübarizə aparmasına baxmayaraq, klubun adı və çıxış etdiyi çempionat çox şeyi bildirir. Güclü rəqibdir. Ancaq baş məşqçimiz İspaniya futbolunu yaxşı bilir. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq. Mən də hər zaman hazır olmağa çalışacağam ki, bu görüşlərdə meydana çıxım.
- Həmyerlimiz Vəli Qasımov vaxtilə “Betis”də çıxış edib. Ondan sonra heç bir azərbaycanlı İspaniya klublarına qarşı rəsmi görüşlərdə iştirak etməyib...
- Şəxsən mənim üçün, Vəli müəllimin sabiq komandasına qarşı oynamaq maraqlı olacaq. Sevindirici haldır ki, bir azərbaycanlı vaxtilə belə bir klubda çıxış edib. İnşallah, mən həmin matçlarda meydana çıxsam, İspaniya komandalarına qarşı rəsmi görüşlərdə meydana çıxmış ikinci azərbaycanlı adına sahib çıxacağam.
- Bir ara sizin Rusiyanın başqa klublarına icarəyə verilməsi variantı ortaya çıxmışdı. Yenə bu məsələ gündəmdədir?
- Mənim fikrim ancaq “Rubin”dədir. Burda möhkəmlənmək, daim oynamaq istəyirəm. Başqa klublara icarəyə verilmək haqda heç bir şey deyə bilmərəm.
- Adınızın “Qəbələ” ilə yanaşı çəkilməsinə də aydınlıq gətirərdiniz. Bu klubdan sizə olan maraq nə dərəcədə doğrudur?
- Düzdür, “Qəbələ”dən mənə təklif olub. Ancaq Azərbaycanda oynamaq variantı həmişə var. Mən isə istəyirəm ki, “Rubin”də özümü sübut edim.
- Yuri Syomin sizə görə Qurban Berdıyevlə əlaqə saxlamışdı?
- Bundan mənim xəbərim yoxdur. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Ümumiyyətlə, bu haqda çox danışmağın mənası yoxdur. Mənim fikirlərim hələlik “Rubin”lədir.
Səbuhi TOFİQOĞLU

0
0