AFFA yeni sponsoru ilə müqavilə bağladı
17.12.2013 - 13:06
AFFA yeni sponsoru ilə müqavilə bağladı
AFFA ilə mobil rabitə operatoru "Bakcell" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Apasport.az saytının məlumatına görə, sözləşməni AFFA-nın baş katibi Elxan Məmmədovla "Bakcell" şirkətinin icraçı-direktoru Riçard Şirer imzalayıb. Müqavilənin müddəti 5 illikdir.

Rəsmi imzalama mərasimində çıxış edən Məmmədov əməkdaşlığın faydasından danışıb: “Belə bir əməkdaşlığa maraq göstərdiyi üçün AFFA prezidenti Rövnəq Abdullayevin adından “Bakcell”ə minnətdarlığımızı bildiririk. Bu əməkdaşlıqdan təkcə milli komanda deyil, klublar da xeyir görəcəklər”.