AFFA Danimarka yığmasını Bakıya gətirir
17.12.2013 - 13:13
17 və 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi qrupların ev sahibləri müəyyənləşib. Bu haqda apasport.az saytına yığmamızın baş məşqçisi Patrisiya Qonzales verib.
İspaniyalı mütəxəssis bildirib ki, onun rəhbərlik etdiyi 19 yaşadək qızlardan ibarət milli 2014/15 mövsümünün seçmə mərhələsini Bakıda keçirəcək. Belə ki, UEFA AFFA-nın müraciətini dəyərləndirərək təşkilatçılığı ölkəmizə verib. Komandamız Danimarka, Ukrayna və Kiprin də yer aldığı 2-ci seçmə qrupunun oyunlarına ev sahibliyi edəcək. Bu matçlar 2014-cü il sentyabrın 13-18-də baş tutacaq.
Qonzales 17 yaşadək qızların Macarıstanda çıxış edəcəyini də açıqlayıb. Millimiz 3-cü seçmə qrupunda Portuqaliya, İsveçrə və meydan sahibləri ilə oynayacaq. Bu mərhələnin oyunları gələn il avqustun 1-31-də keçiriləcək.

0
0