Rəşad Sadıqov: Adam seçim etməyə çətinlik çəkir - MÜSAHİBƏ
17.12.2013 - 16:00
2013-cü il üçün milli komandanın ən yaxşı futbolçusu seçilən Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- 2013-cü ilin ən yaxşı oyunçusu seçiləcəyinizi gözləyirdiniz?
- Ad çəkmək istəmirəm, mənim ən yaxşı adına layiq görülməyə 4-5 namizədim vardı. Təkid edirsinizsə, deyə bilərəm. Kamran Ağayev, Rauf Əliyev, Vaqif Cavadov və Mahir Şükürovu seçərdim. Bu siyahıya Rüfət Dadaşovun da adını daxil etmək olar. Üç dəfə ilin futbolçusu olmuşdum, ancaq bu dəfə bir qədər gözlənilməz oldu. Səs verənlərin hər birinə minnətdarlığımı bildirirəm. Əsas olan odur ki, yaxşı komanda qura bilmişik. Baxırsan ki, biri vurur, biri qaçır, biri çıxardır. Belə bir vəziyyətdə adam seçim etməyə çətinlik çəkir. Əvvəlki illərdə 1, uzağı 2 namizəd var idisə, indi ən yaxşı olmağa 4-5 oyunçu layiqdir. İndiki durumda qalib olmaq daha xoşdur.
- Sizcə, nəyə görə Rəşad Sadıqova səs veriblər?
- Bunu özlərindən soruşsanız, daha yaxşı olar. Nəsə deməyə çətinlik çəkirəm. Səs verən zaman hər şey göz önünə alınır. Həm millinin, həm “Qarabağ”ın kapitanıyam. Yəqin ki, il ərzində gördüyüm işi məqbul sayıblar. Digər tərəfdən, məsələn, Rusiya ilə oyun ərəfəsində müəyyən açıqlamalar oldu, diqqət mərkəzinə düşdük. Yəni, hər şeydən bir az olub.
- Siz kimə səs verərdiniz?
- Mənim üçün əsas favorit Kamran Ağayevdir. Bir çox oyunlarda önəmli qurtarışları oldu. Şimali İrlandiya, İsrail, Rusiya ilə oyunlarda həlledici hərəkətləri ilə yadda qaldı.
- Bəs Mahir Şükürov?
- Mahiri də qeyd etdim. Ancaq onların içində mənim üçün favorit Kamrandır.
- Artıq 4-cü dəfədir ilin futbolçusu seçilirsiniz. Hədəf beşdir, yoxsa daha bəsdir?
- Sözün düzü, 4-cü dəfə ən yaxşı olmağı qarşıma məqsəd qoymuşdum. Çünki statistikaya diqqət yetirsəniz, Samir Ələkbərovla məndən başqa heç kim 3 dəfə ən yaxşı seçilməmişdi. Fikirləşirdim ki, rekord kimi ən yaxşı seçilsəm, yaxşı olar. Lakin tam səmimi deyirəm, mən daha çox komanda ilə uğur qazanmağa can atıram. Kapitanam, məşqçilər də məndən çox şey tələb edir. Kim istəməz ki, ən yaxşı seçilsin? Ancaq dediyim kimi, mənim üçün əsas kapitan, təcrübəli oyunçu olaraq üzərimə düşəni etməkdir.
ŞAMO

0
0