Elxan Məmmədov: 2013-cü il bizim üçün yaxşı alındı
17.12.2013 - 14:30
“Hesab edirəm ki, seçimlər ədalətli idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O bildirib ki, 2013-cü il Azərbaycan futbolu üçün uğurlu alınıb: “Hamısını təbrik edirik. Belə bir söz var ki, oyunu şəxslər, turniri komanda udur. Fərdi mükafatlar gözəldir, ancaq önəmli olan komandanın uğurudur. 2013-cü il bizim üçün yaxşı alındı”.
Məmmədov milli ilə bağlı planlara da toxunub: “Ola bilər ki, DÇ-2014-ə gedən komandalardan biri ilə yoldaşlıq oyunumuz olsun. Amma bu rəsmi matç olmayacaq. Polşa ilə oyun məsələsini mətbuatdan oxudum. Ümumiyyətlə, Avropa komandaları ilə danışıq olmayıb. 2014-cü ilin təqvimində yoldaşlıq matçları azdı. Əsasən xarici ölkələrə toplanışlar zamanı yoxlama matçları keçirtməkdə maraqlıyıq. Milli oyunlarını yalnız “Bakcell Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda da keçirəcək”.

0
0