Elxan Məmmədov: Daha böyük hədəflərimiz var - MÜSAHİBƏ
17.12.2013 - 16:45
İlin futbolçularının mükafatlandırılması mərasimi başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov brifinq keçirib. Məmmədov müsahibəsi zamanı apasport.az saytının suallarını da cavablandırıb.
- “Bakcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağladınız…
- İlk növbədə AFFA adından “Bakcell” şirkətinə təşəkkür edirik. 5 illik müqavilə bağlamaqla, onlar da futbola daha yaxın oldular. Bu, sevindirici haldır. Çünki bu şirkət də futbol ailəsinin böyük bir üzvü oldu. Qeyd etmək istərdim ki, son zamanlar “Bakcell”in fəaliyyətində futbola daha çox önəm verirlər. Təbii ki, bu amil bizi çox sevindirir. Növbəti illərdə inanıram ki, birgə daha böyük nailiyyətlərə imza atacağıq.
- İlin futbolçularının mükafatlandırılması ilə bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bugünkü seçim ədalətli idi. Qalibləri təbrik edirik. Belə bir deyim var: oyunda futbolçu, böyük turnirlərdə isə komandalar qalib gələn tərəf olur. Ona görə də həmin futbolçuların çıxış etdikləri yığmalara da təbrik düşür. Ümid edirəm ki, komandalarımız gələcək böyük yarışlarda rekord göstəricilərə imza atacaq. Ümumiyyətlə, 2013-cü ildən danışanda, biz ili yox, seçmə mərhələni nəzərdə tuturuq. Millimiz 9 xal toplamaqla bizi sevindirdi. Ancaq bu bizim hədəfimiz deyil. Bundan da böyük hədəflərimiz var. Son 5 ildə komandamız daha da inkişaf edib. Qrupda 4-cü yeri tutduq. İndi komandadan növbəti seçmə mərhələ üçün qrupda 3-cü yeri tələb etmək hüququmuz var.
- Berti Foqts bildirib ki, müqavilədə daha çox təlim-məşq toplanışı keçirilməsinə şərait yaradılsın. Təbii ki, bu, klubları qane etmir, bəs sizi?
- Demək istərdim ki, baş məşqçi ilə bağlı qərar sadəcə İcraiyyə Komitəsinin iclasında veriləcək. Ordakı müzakirələrdən sonra bu haqda qərar çıxarılacaq. 2014-cü ilin təqviminə nəzər salsaq, görərik ki, FİFA-nın yoldaşlıq oyunları üçün ayırdığı müddət azdır. Növbəti il mundialla əlaqədar ancaq 1 yoldaşlıq görüşü keçirmək imkanımız olacaq. Yalnız martın 5-də oyun keçirə bilərik. İyun ayında dünya çempionatına gedən komandalardan biri ilə yoldaşlıq matçı keçirməyimiz mümkündür. Ancaq bu da rəsmi matç kimi yox, həmin mundiala gedən komanda üçün hazırlıq görüşü kimi qeydə alınacaq. Bu il fevral, may, iyun, avqust və noyabr aylarında yoldaşlıq oyunları keçirmək üçün təqvim vardı. Ancaq növbəti il bu, yalnız martda olacağından, Foqts daha çox təlim-məşq toplanışı keçirmək istədiyini bildirib.
- Polşa Futbol Assosiasiyası sizinlə danışıq apardığınızı təsdiqləyib. Bu haqda nə deyə bilərsiniz?
- Sözün düzü, bu haqda ilk dəfə mətbuatdan oxumuşam. Ümumiyyətlə, Avropa ölkələri ilə biz danışıqlara başlamamışıq. Bildiyiniz kimi, növbəti seçmə mərhələnin püşkatması fevralda keçiriləcək. Ona görə də bütün 54 üzv həmin püşkatmanın nəticəsini gözləyir. Bundan sonra danışıqlara başlayacağıq. Düzdür, bizim səbətdə yer alan 6 komanda ilə danışıqlar apara bilərik. Ancaq qərar qəbul etdik ki, fevralı gözləyək və bundan sonra yoldaşlıq oyunları ilə bağlı danışıqlara başlayaq. Polşalılarla isə heç bir danışıq aparmamışıq.
- Polşa Futbol Assosiasiyasının mətbuat xidmətinin rəhbəri apasport.az saytına açıqlamasında bizim yığma ilə danışıqlar aparıldığını təsdiqləyib...
- Bizə belə bir məlumat daxil olmayıb. Futbolda müxtəlif şirkətlər var. Onlar birbaşa federasiyalarla işləyir. Yəqin ki, polşalılarla əməkdaşlıq edən həmin şirkət onlara mənfi cavab vermək istəməyib. Ancaq bizim onlarla danışığımız olmayıb.
- Qırğızıstan Futbol Federasiyasının baş katibi də 2014-cü ilin payızında Bakıda millimizlə qarşılaşa biləcəklərini qeyd edib. Bu oyunun vaxtına aydınlıq gəlibmi?
- Bu, mart və iyunda ola bilər. Ancaq hələ bu federasiya ilə də danışıqlara başlamamışıq.
- Heç olmasa, mart və iyunda keçirəcəyiniz yoldaşlıq oyunlarının məkan baxımından ev və ya səfərdə olacağını müəyyənləşdirmisiniz?
- Məkan baxımından üstünlük xarici ölkələrdəki toplanışlara veriləcək. Ancaq buna İcraiyyə Komitəsinin qərarından sonra aydınlıq gələcək. Çünki bilmirik ki, yeni baş məşqçinin tələb və tövsiyəsi nə olacaq.
Səbuhi TOFİQOĞLU

0
0