Saşa Yunisoğlu “Dənizlispor”dan ayrılır
17.12.2013 - 17:34
Saşa Yunisoğlu “Dənizlispor”dan ayrılır
Millimizin sabiq üzvü Saşa Yunisoğlu formasını geyindiyi Türkiyənin “Dənizlispor” klubunu tərk edəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb I divizion təmsilçisinin heyət üzvlərinin maaşını yubatmasıdır.

Artıq 5 aydır məvacib ala bilməyən oyunçuların əksəriyyəti qış fasiləsində “Dənizlispor”u tərk edəcəklər. Düzdür, yeni sponsor tapılacağı halda, vəziyyət dəyişə bilər. Lakin bu, elə də inandırıcı görünmür.

Dünən klubun direktoru Ümit Turmuş və baş məşqçi Yusuf Şimşək tutduqları vəzifələrdən istefa veriblər. Bun isə onların “Dənizlispor”da heç bir perspektiv görməməklərindən irəli gəlir.

Qeyd edək ki, bir müddət öncə başqa bir həmyerlimiz Arif İsayev “Dənizlispor”la yollarını ayırmışdı.