Mixail Makovski qorxulu Bakı səfərindən danışdı
17.12.2013 - 17:53
“Təyyarədən qorxmuram. Lakin bir hadisə yadımdan çıxmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu Mixail Makovski deyib.
Belarus mətbuatına müsahibə verən sabiq yarımmüdafiəçi Azərbaycan səfərlərindən birini unutmadığını, həmin zaman ölüm qorxusu ilə üzləşdiyini xatırlayıb: “İstirahətdən sonra Kiyevdən Bakıya uçurduq. Səmaya yüksəlməkdə olan təyyarə birdən qalxmağa ara verdi və şəhərin üstündə dövrə vurmağa başladı. Stüardessa Kiyevə enəcəyimizi elan etdi. Amma salonda azərbaycanlılar da çox idi. Biri dua etməyə, o biri xaç vurmağa başladı. Bəziləri isə özlərinin ölümqabağı kameraya çəkirdilər. Mən də qorxuya düşdüm. Sonra məlum oldu ki, ciddi problem yox imiş”.
Əkiz qardaşı Vladimirlə tez-tez səhv salınmasından, əfsanəvi mütəxəssis Valeri Lobanovskinin rəhbərliyi altında çıxışlarından danışan Mixail Azərbaycana gəlməsini də yada salıb. Mixail onları vaxtilə baş məşqçisi olduğu “İnter”ə dəvət edən Ukrayna Futbol Federasiyasının indiki prezidenti Anatoli Konkovu da xatırlayıb: “Qardaşım Minsk, mən Kiyevdə oynayırdıq. Həmin vaxt Anatoli Konkov Azərbaycana getməyimi təklif etdi. Bir ay sonra Vladimiri də çağırdı. Konkov bizim üçün ikinci atadır. Bilirdik ki, heç vaxt onu pis vəziyyətdə qoymarıq”.
Qeyd edək ki, Belarus yığmasında da oynamış Makovski qardaşları 2004-06-cı illərdə “İnter”in şərəfini qoruyub.

0
0