Almeyda “Beşiktaş”ı tərk edir
18.12.2013 - 00:03
Mövsüm sonu “Beşiktaş”la müqaviləsi başa çatacaq Huqo Almeyda karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Portuqaliyanın “Abola” qəzeti xəbər yayıb.
Belə ki, “Vest Hem” hələ də İstanbul klubu ilə sözləşmə yeniləməyən 29 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Portuqaliyalı futbolçu klub meneceri Sam Allardislə Londonda görüşüb. Əgər danışıqlar müsbət nəticələnərsə, təcrübəli forvard mövsüm sonu ingilis klubuna keçəcək.
Qeyd edək ki, 2011-ci ildə Almaniyanın “Verder” klubundan “Beşiktaş”a transfer olunan Almeyda cari mövsüm “ağ-qaralı” forma ilə 10 qol vurub.

0
0