Saşa Yunisoğlunun yeni baş məşqçisi bəlli oldu
18.12.2013 - 01:26
Saşa Yunisoğlunun yeni baş məşqçisi bəlli oldu
Azərbaycanlı futbolçu Saşa Yunisoğlunun şərəfini qoruduğu Türkiyənin "Dənizlispor" klubunun yeni baş məşqçisi məlum olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, I Liqa təmsilçisinin sabiq çalışdırıcısı Özcan Bizati yenidən komandaya qayıdıb.

Artıq 45 yaşlı mütəxəssisin köməkçilərinin adı da açıqlanıb. Bizati Dənizli klubundakı yeni dönəmində Levənt Kartop və Mustafa Kocakaya ilə birgə çalışacaq.

Qeyd edək ki, cari ilin aprel ayında “Dənizlispor”da baş məşqçi postuna gətirilən Bizati iyulda isə istefa vermişdi.