Teves DÇ-2014-də iştirak edə bilməyəcəyindən qorxur
18.12.2013 - 02:22
“Yuventus”un ulduz futbolçusu Karlos Teves Argentina millisi ilə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcəyindən qorxur. Apasport.az saytının məlumatına görə, “Tuttosport”a danışan 29 yaşlı hücumçu cari mövsümdə kifayət qədər formada olmadığı üçün yığmadan kənar qalacağını düşünür:
“Qollarımın baş məşqçimiz Aleksandro Sabelyanı məni dünya çempionatının heyətinə qatacaq qədər təsirləndirdiyini düşünmürəm. Mən “Yuventus”la A Seriyasında çempion olmaq istəyirəm. Meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bəzən yaxşı, bəzən pis oynayıram. Amma hələ vaxt var. Mövsüm başa çatmayıb. Komanda olaraq bütün kubokları qazanmaq niyyətindəyik”.
Qeyd edək ki, Teves cari mövsüm “Yuventus” forması ilə İtaliya A Seriyasında 11 qol vurub.

0
0