“Çelsi” Quarin üçün “İnter”lə razılığa gəldi
18.12.2013 - 03:52
“Çelsi” Quarin üçün “İnter”lə razılığa gəldi
London “Çelsi”si “İnter”in futbolçusu Freddi Quarini heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatın görə, bu barədə İtaliyanın “La Gazzetta Dello Sport” qəzeti məlumat xəbər yayıb.

Belə ki, ingilis klubu 15 milyon avro qarşılığında kolumbiyalı yarımmüdafiəçini qış transfer pəncərəsində komandaya gətirmək fikrindədir. Məlumatlara görə londonlular artıq Milan təmsilçisi ilə ilkin razılığa gəlib.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2012-ci ildə Portuqaliyanın “Porto” klubundan “İnter”ə keçib.