İngiltərədə ilin ən yaxşı futbolçusu bəlli oldu - FOTO
18.12.2013 - 04:20
"Liverpul"un uruqvaylı hücumçusu Luis Suares İngiltərədə cari ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az klub saytına istinadən xəbər verir ki, 26 yaşlı forvard Futbol Azarkeşləri Federasiyasının təşkil etdiyi bu mükafatlandırmada birinci olub.
Belə ki, o, Robin Van Persi (“Mançester Yunayted”), Xuan Mata (“Çelsi”), Leyton Beyns (“Everton”), Pablo Sabaleta (“Mançester Siti”) və Kristian Benteke (“Aston Villa”) kimi namizədləri geridə qoyaraq bu ada layiq görülüb.
Qeyd edək ki, Suares İngiltərə Premyer Liqasına cari mövsüm 11 oyunda 17 qol və 10 qol ötürməsi ilə fərqlənib.

0
0