Ya Muslera, ya Kasilyas
18.12.2013 - 06:55
İngiltərənin “Mançester Siti” klubu “Qalatasaray”ın qapıçısı Fernando Musleranı heyətinə qatmaq istəyir. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” uruqvaylı üçün İstanbul klubuna 20 milyon avro təklif etməyə hazırlaşır.
Digər tərəfdən Mançester təmsilçisinin Muslera ilə birlikdə “Real”ın qolkiperi İker Kasilyası da transfer siyahısına aldığı deyilir.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında 16 turdan sonra 32 xalla turnir cədvəlinin 4-cü sırasında qərarlaşır.

0
0