Fernandes yanvarda ayrılır
18.12.2013 - 07:47
Mövsüm sonu “Beşiktaş”la müqaviləsi başa çatacaq Manul Fernandes İstanbul təmsilçisini tərk edir. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsi Portuqaliyada davam etdirmək niyyətindədir.
“Ağ-qaralı” komandaya gəldiyi gündən bəri oynadığı futboldan çox gecə həyatı və nizam-intizamsız hərəkətləri ilə gündəmə gələn Fernandesin ayrılmasına artıq rəhbərlik də razılıq verib. Onun yanvarda ölkəsinin “Benfika” klubuna keçəcəyi deyilir.
Qeyd edək ki, Fernandes 2011-ci ildə İspaniyanın “Valensiya” klubundan “Beşiktaş”a keçib.

0
0